Səhvlərimizi bir dəfə də olsun saymışıqmı?

ImageDünən işdə sakit oturmuşdum. Dünənki gün bu barədə yazmağıma səbəb oldu. Dünən hamı səhvlərindən, tanışların peşmançılığından bir sözlə, SƏHVdən danışırdı. Həqiqətəndə ortaya bir sual çıxır. Biz nə kimi səhvlər edirik?nə vaxta kimi? Nəzər yetirəndə görürük ki, bu səhvlərimiz əslində ya 1dir, yada 2 .Maksimum 3. Biz isə bu səhvlərlə bizə bəxş olunan bu gözəl həyatımızı özümüz dolaşdırıb sonrada lazımsız bir vaxtda ay Allah kömək ol deyib 1 anda möcüzə axtarırıq. Budur bizim acizliyimiz.

Bəzən bunu düşünməyə məcbur oluram. Yəni bu ali şüura malik olan biz insanlar bəzən heyvanın belə ovçudan, yırtıcıdan qaçıb canını qurtarmağını bilib qaçdığı halda, biz bu şüurla öz “ovçu” və ya “yırtıcımızı” ayırıb qaçıb canımızı qurtara bilmirik. Əksinə özümüzü çətinə salırıq. Bütün bunları bilə- bilədə səhvlərimizə davam edirik. Amma hərəmiz 1 səhvdən nəticə çıxarıb dərk edib etməsək ən azı 1 nəfər xeyir almış olar. o 1 nəfər də məhz SƏN! olsan, bax bu bizim ugurumuzdur. 

Fikrimin sonunu mənə çox əziz olan, həyat devizimə çevrilən və sizlərin də əməl etməsini arzuladığım cümləylə bitirmək istəyirəm. “Bəndəni Yaradana görə sevin. Sevin sevilin, Gülün güldürün. 🙂

Düşündüklərimi düşünürəm……

                    Elə sən də,mən də, oda, hətta onlar da belə düşünür, amma artıq düşündüklərimizi də bir daha düşünməyə dəyməzmi? Biz gənclərin bəziləri karyera amma hamısı sevgi axtarır. Hardadıyee, niye gəlmir,görən kim olacaq?və ya tapan da şübhə edir görən bununladır həyatım? Gör necə acizik ki, hətta əlimizdə olana belə şübhə edirik, amma halbuki ona çatdıqda yox, ona gedən yolda bunu düşünməliydik. Və hər birimizin nəticəsi sevgi cavanlara yaranıb, cavansan yaşa da nə vaxt yaşayacaqsan day. Amma düşünmürük ki, bizim indi yaşadığımız adlandırdığımız sevgi hələ boş həvəsdir. Yay gəlməmiş yaylanmaq, qış gəlməmiş qışlanmaqdır. Ona görədə sevgi dediyimiz elə ən çox orta nəslə aiddir tam həyat formalaşdıran, balalarını həyata uyğunlaşmağa kömək edən, karyerasını qurmuş, saglam gələcəyə baxan Xanım və Kişilərə aidddir. Sevgi dediyimiz budur amma tələsən sevgi deyil sadəcə həvəsdir. Əlində olmayana çatanda sevinib gülə bilmək, və əmin olmadığımız özümüzü aldatdığımız düşüncələrimizdir.

22 Aprel

       Həyatımızda hər bir ugurumuzun, hər növbəti pilləmizin bir başlanğıc günü, bir nöqtəsi olur. Kimisi o gunu ən xöşbəxr gün kimi kalendarda qeyd edir, kimisi hər il həmin günü dostları yaxınları ilə qeyd edir, kimisi isə sadəcə günləri yola verir və bundan da gözəl gün axtarışında olur. Amma mənim bugünki yazacağım post bunların heç birinə uyğun gəlmir. Çünki xoşbəxtliklə gözlədiyim bu gün mənə şəxsən özümə aid deyil amma mən bu günü hər kəsin özəl yaşadığı gündəndə özəl yaşadım.22 aprel.bu gün mənim canlarımın nəhayətki 1 araya gəlib heç kimin ağlına gəlməyən cütlüyü formalaşdırdılar və təsdiqlədilər. Continue reading

Azərbaycanda azərbaycanlı turist

      Çox fərqli və fərqliliyi ilə də yadda qalan bir günümdən bəhs olunacaq, yadda qalacaq 1 blog yazım. Səhər durar durmaz yenə qaça – qaça işə getdim, təbii ki, həmişəki kimi 15 dəq gecikdim. Günün yarısı işdən çıxacaqdım işim var idi. O da çıxdım getdim baksovetə atam sag olsun zəng etdiki,isimiz təxirə düşdü. Nə edim nə etməyim bu boşlugu nə ilə doldurmağı düşündüm. Plansız olduğu üçün 3 qıza zəng etdim görüş alınmadı. Birdən yadıma neçə vaxtdı ağlımdakı fikir düşdü, TƏK GƏZİNTİ…. Öz – özümə dedim ki, bu  1 fərqli gəzinti olmalıdır. Bakıma turist kimi yanaşacam. Əvvəl burda olmamış kimi baxacam. Və alındı. İçəri şəhəri addımarımla sakit gəzməyə, ətrafa sakitcə nəzər salmağa, insanları izləməyə başladım. (P.S gəzəcəyim yer İçəri şəhər olmalıydı, çünki bizdə tək gəzməyə başqa fikirlə baxanlar olduğu üçün şəhərin mərkəzində görünmək istəmədim.) vəə ilk baxdığım yer tarixi əşyalar, Bakının görünüşünü əks etdirən kiçik heykəllər, xalçalar oldu. Bəzi suallar da verdim, hətta biri məndən sən azərbaycanlı deyilsən ki, deyə soruşanda, çoxdandır Bakıda deyildim dedim)))))və yoluma davam etdim, Əzim Əzimzadə adına 1 parka çatdım, buranı heçvaxt görməmişdim, çox da bəyəndim,maraqlı idi, bir neçə turistlə söhbət etdim, maraqlarını həvəslərini gördüm,söhbətləşdim hətta 1 xanımla şəkil də çəkdirdim ))))sonra yoluma davam edirdim və İçəri şəhəri tanımadığım üçün həqiqətəndə rolda idim)))) Soruşa-soruşa Qız qalasının yanına gəlib çıxa bildim. Və kitab maqazininə girib, özümə maraqlı kitab almaq fikrinə düşdüm və çox ağıllı, maraqlı bir baba ilə söhbətim oldu kitablar barədə kifayət qədər bilikli idi və aldım «Луна и грош». Bu zaman mamam zəng etdi – hardasan?gedək………. bu sözlərdən sonra ardını eşitmədim, sadəcə ayıldım ki Təhminə bura Bakıdır)))və elə buna görədə başıma 1 az sonra qeyd edəcəyim hadisə gəldi, mamaya hə gəlirəm gözlə orda dedim və nəticə 1 sözü eşitmədiyim üçün səhv dayanacaqlarda gözlədiyimiz üçün yarım saat 2mizdə bir – birimizi gözləmişik )))telefonumun da “zaryatkası” bitdiyindən zəng də edə bilmirdim, nəticə öz Bakımda mamam tapmayan Təhminədən elə hələki Azərbaycanda olan azərbaycanlı turisti olmaq uyğun olduguna əmin oldum))))) 

1 günüm də belə getdi, necə bəyəndinizmi????

Tutdunsa, həyat sənindir

                                                ABŞ-da iş axtaran gənc bir oğlan avtomobil sənayesinin maqnatı, məşhur sahibkar Henri Fordun qəbuluna düşmək istəyir. Fordun katibəsi oğlana müdirinin onunla yalnız 8 ay  sonra görüşə biləcəyini deyir. Razılaşdıqları vaxtda görüşmək üçün gənc səkkiz ay sonra yenidən şirkətə yollanır. Katibə Fordun bir görüşü olduğunu, amma gəncin onunla birlikdə gedə biləcəyinı söyləyir. O, dünyanın ən məşhur sahibkarlarından biri ilə maşına əyləşir. Continue reading

Sonuncu nöqtən .

                                            Neçə vaxtdı yazmırdim, elə bilirdin susmuşam? Yazmamaq, kənarda olmaq susmaq və ya sözümün olmaması anlamına gəlir? Amma mənim üçün tam başqa düşüncədir. Sənin səsini eşitmək, adımı eşitmək, darıxdığını duymaq, yoxluğumu hiss etmək ehtiyacımdan irəli gəlirdi. Və istəyimi də artıqlaması ilə əldə etdim. Səbəbim də əldə etmək deyildi, əldə etmək səbəblərimi məqsədə çevirən dönüş nöqtəm oldu. 1 cə bu nöqtə üçün təşəkkür edirəm. Nə üçün məhz indi danışıram? Təbii ki, bunun da səbəbi var, səbəbsiz günlərimi həyat saymadığım kimi, bunun da həyatımın 1 parçası olaraq qələmə almaq istəyirəm. Yəni, özün anladın… Amma susaraq basladığım bu səssizliyi, geridə qoyduğum səbəblərlə susaraq da bağlayıram.  Sadəcə bir şeyi unutma, geri dönüşümün səbəbi gələcəyə tələsmək deyil, geride buraxdiqlarıma nöqtə qoymağımdır.

       P.S Yazdıqlarım mənə aid olmasa da, daim ətrafımda cərəyan edən ayrılıqların bu postumla hələ ilk nöqtəsidir…..

Kəsişmə nöqtəsiyəm mən.

   Çox qəribə anlar yaşayıram.Bu təkcə məndə belədirmi?Ya hamıda belədir mən bilmirəm. Elə bil mən mərkəzdə 1 noqtəyəm və hamı mənə dəyib keçməlidir. Istədim istmədim hər şeyi 1ci mən görməliyəm, hər seydən xəbərim olur. Daim mərkəzdə olan qrupun mərkəzində oluram. Daim göz qabağındakı qruplaşmada 100%məni görəcəksiz))) Məktəb vaxtı da belə idi, universitetdə də. Adicə qrup yığılır dayanıram mütləq mənim qrupum daha səslü küylü olur)) Hər şeyi mən bilməliyəm deyərkən elə belə demədim. Gözümdən 1şey qaçmır, son zamanlar dalbadal hadisələr mənə eyni sualları eşitdirir. Onu hardan taniyırsan? Bunu da tanıyırsan? Continue reading